İlham Əliyev regionların inkişafı Dövlət Proqramının yekunlarına həsr olunan konfransda iştirak edib - (+FOTO)

İlham Əliyev regionların inkişafı Dövlət Proqramının yekunlarına həsr olunan konfransda iştirak edib (+FOTO)

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib


Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

 

Dövlət başçısı konfransda giriş nitqi söylədi.

 

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış etdilər.

 

Dövlət başçısı konfransda yekun nitqi söylədi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !