Boogie Woogie adlı konsert keçiriləcək. - VIDEO

“Boogie Woogie” adlı konsert keçiriləcək. VIDEO

Beynəlxalq Muğam Mərkəzində “Boogie Woogie” adlı konsert keçiriləcək.

 

Yanvarın 27- də Beynəlxalq Muğam Mərkəzində məşhur blüz ifaçısı Silvan Zinggin “Boogie Woogie” adlı konserti keçiriləcək.

 

"Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçularının əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlamışdır.

 

Bu günə qədər ifaçı İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, Lüksemburq, Yunanıstan, Monako, Andorra, Vatikan, Bolqarıstan, Polşa, Çexiya, Macarıstan, İsveç, İngiltərə, İrlandiya, ABŞ, Kanada, Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika kimi xarici ölkələrdə qastrol səfərlərində konsert proqramı ilə çıxış etmişdir.

 

2005-ci ilin noyabr ayında Sürixdə keçirilən konsertdə Silvan Zingg Chuck Berry ilə bir səhnəni bölüşmüşdür.

 

2002-ci ildə Zingg Lugano Beynəlxalq Boogie Woogie festivalını başlatdı. O vaxtdan etibarən bəri bu festival hər il aprelin 1-də keçirilir və Little Willie Littlefield, Kenny "Blues Boss" Wayne, Carl Sonny Leyland, Mitch Woods, Axel Zwingenberger, Vince Weber, Joja Wendt, Jean Paul Amouroux, Michael Pewny və Chris Conz kimi dünyaca məşhur caz ifaçıları bu festivalda çıxış edib.

 

İformasiya dəstəyi Day.az , Trend .az,Friday.az,Milli.az, Asan radio, SGS,AZERNEWS,CBC.

 

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət”mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !