Yaradıcı insanın yaradıcılığı layihəsi - (+FOTO)

“Yaradıcı insanın yaradıcılığı” layihəsi (+FOTO)

26 dekabr 2018-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə Orxan Tağıyevin fərdi layihəsi olan “Yaradıcı insanın yaradıcılığı” adlı layihənin ikinci mərhələsi həyata keçirilmişdir.
Layihənin keçirilməsində əsas məqsəd milli musiqi tariximizi yaşatmaq, dahi Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında gənclərdə geniş təsəvvür yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində müxtəlif komandaların iştirak etdiyi, dahi sənətkarın yaradıcılığına aid sualları əhatə edən üç mərhələdən ibarət olimpiada təşkil edilmişdir.
Sonda qalib komandanın üzvləri sertifikatlarla təltif olunacaq.

 

 

 

Hörmətlə,
Orxan Tağıyev
Layihə rəhbəri

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !