Beynəlxalq Muğam simpoziumu keçiriləcək
Bu xəbəri paylaş
7-10 mart 2018-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq Muğam simpoziumu keçiriləcək.
Simpoziumda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub:
• Muğam Şərq lad sisteminin milli interpretasiyaları;
• Muğam mətnlərinin estetik və narrativ semantikası;
• Vokal – instrumental muğam mətnlərinin dil və ritmik özəllikləri;
• Azərbaycan muğam-dəstgahının konseptual mahiyyəti;
• Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya;
• Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi;
• Muğam yaradıcılığında bədiiliyin elmi və elmin bədii əsasları;
• Muğamın inkişaf yolları – tarix və müasirlik.
Simpoziumun açılış yığıncağı AMEA-nın Əsas binasında təşkil olunacaq.
Ünvan: Bakı şəh.,H.Cavid pros., 115.