Gənc Sahibkar Qadınlar - - Layihə (+FOTO)

“Gənc Sahibkar Qadınlar” - Layihə (+FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Gənc Sahibkar Qadınlar” layihəsinin 16 yanvar 2018 il tarixində Qazax rayonunda üçüncü təlimi və layihənin bağlanış mərasimi həyata keçirilib.


Layihənin əsas məqsədi Gəncə, Qazax, Tovuz və ətraf regionlarda yaşayan gənc xanım tələbələrə iqtisadi biliklər vermək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün praktiki təlimlər keçməkdir.
Tədbiri layihə rəhbəri Sevil İsayeva qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş , daha sonra isə layihənin məqsədi ve layihe çerçivesinde keçiriləcək təlim ve tədbirlər haqqında qısa məlumat vermişdir. Layihənin üçüncü təlimini təlimçi Ramil İmanov idarə etmişdi.


Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynurə xanım qonaq qismində iştirak edirdi.
Təlim çərçivəsində Azərbaycanda Sahibkarlıq haqqında mövzulara toxunulmuşdur. Təlim diskussiya şəklində aparıldığı üçün, bir çox iştirakçılar aktiv çıxış edərək öz fikirlərini bildirmişdilər.Təlimin sonunda iştirakçılar layihədə fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif olundular.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !