Dahi Bülbülün yubileyinə həsr olunmuş ustad dərs.. - (+FOTO)

Dahi Bülbülün yubileyinə həsr olunmuş ustad dərs.. (+FOTO)

29 dekabr 2017-ci il tarixində Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyi münasibəti ilə Bülbülün Memorial Muzeyində Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Filarmoniyası və ÜNS yaradıcılıq səhnəsinin solisti, İtaliyada təhsil almış İlham Nəzərovun iştirakı ilə ustad dərs keçirilmişdir.
Ustad dərsdə Bülbül adına orta ixtisas musiqi məktəbinin, Respublika İncəsənət Gimnaziyasının, G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin, V. Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdləri iştirak etmişdir.
Dərs zamanı vokal ifaçılıq sənətindən bəhs edilmiş, şagirdlərə düzgün oxuma üsulları öyrədilmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..İlham Nəzərov /..Bülbül adına orta ixtisas musiqi məktəbi /..Bülbülün Memorial Muzeyi /..Azərbaycan Dövlət Filarmoniyası /..İtaliya /..vokal ifaçılıq sənəti


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !