Qış möcüzəsi adlı konsert proqramı - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

“Qış möcüzəsi “ adlı konsert proqramı + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

3 yanvar 2018- cı il tarixlərində saat 10:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin müıllim və şagird kollektivi şəhər uşaq bağçalarının körpələri üçün hazırladıqları konsert proqramı ilə bayram şənliyi keçirilmişdir.
AZpress.AZ xəbər verir ki,bayram şənliyində çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış edərək,Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirmişdir. Əminliklə demək olar ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsini qeyd etmişdir.
Sonda natiq uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmiş, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır.
Daha sonra hazırlanan bayram şənlikləri böyük coşqu ilə davam etdirilmiş və Yeni İlə həsr olunmuş mahnılar, şerlər uşaqların böyük marağına və sevincinə səbəb olmuşdur.
Tədbirdə “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlamış, uşaqların yeni il hədiyyələrini paylamış və bayramlarını təbrik etmişlər.

 


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

..send- /..Mais Amin /..musiqi məktəbi /..“Qış möcüzəsi “ /..Y.Məmmədov adına Mədəniyyət Mərkəzi /..Təyyar Hacıyev /..Dünya Azərbaycanlılarının Həmrəyliyi günü /..Yeni il /..Hacıbədəlli kəndi

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !