Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2018-ci il münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) bayram aksiyası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə birgə keçirilən aksiyanın əsas məqsədi Lənkəranda yaşayan şəhid ailələrini, Qarabağ müharibəsi veteranlarını, aztəminatlı ailələri və təhsil uğurları ilə seçilən şagirdləri bayram münasibəti ilə sevindirmək olub.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbirə dəvət almış bütün qonaqları qarşıdakı bayramlar münasibəti ilə ürəkdən təbrik edərək xoş arzularını bildirib. Azərbaycanda gedən genişmiqyaslı quruculuq işlərindən söz açan professor N.İbrahimov ölkədə, o cümlədən LDU-da təhsilin inkişafı istiqamətində qazanılmış uğurlardan söz açıb, əldə edilən nailiyyətlərə ölkə başçısının təhsilin inkişafına göstərdiyi qayğı və diqqət sayəsində nail olunduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev də öz növbəsində tədbir iştirakçılarını qarşıdakı bayramlar münasibəti ilə təbrik edərək, rayonda yaşayan aztəminatlı ailələrə, şəhid və Qarabağ müharibəsi veteranlarına daim diqqət göstərildiyini, onların bütün bayramlarda xatırlandıqlarını deyib.
İlk bayram sovqatları məktəblilərə olunub. 2017-ci ildə təhsil uğurları ilə seçilən və aztəminatlı ailədən olan 4 məktəbliyə planşetlər hədiyyə olunub. Gülnara Səlimzadə, Gülnaz İmanova, Azərin Əlizadə və Mircamal Həsənzadə hədiyyəyə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. On iki ailəyə isə bayram süfrəsinin açılması üçün zəruri olan ərzaq məhsulları, o cümlədən qənd, şəkər tozu, çay, düyü, un, makaron, vermişel, duru yağ, kərə yağı, xurma, 2 ədəd toyuq və s. ibarət bayram sovqatları verilib.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !