Gənclər təşkilatı əlilliyi olan insanları sevindirdi (+FOTO)
Bu xəbəri paylaş
Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə əlilliyi olan insanlar, əsasən də gənclər üçün “Sevgimizi Paylaşaq!” devizi ilə tədbir keçirmişdir.
Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gəncə Mall”-da fəaliyyət göstərən McDonalds-da təşkil olunmuşdu.
Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə ölkəmizdə dövlətimiz tərəfindən əlil insanlara göstərilən dövlət qayğısından danışmışdır. Əsas məqsədin əlilliyi olan gənclərin sosial inteqrasiyası və adaptasiyasının təşviqi, bu kateqoriyadan olan insanlarla ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şəraitin yaradılması, regional əlaqələrin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili, yeni il ərəfəsində maraqlı bir gün yaşatmaq olduğunu vurğulamışdır.
Tədbirdə təşkilat üzvləri ilə yanaşı Əlil Qadınlar Təşkilatının Gəncə Bölməsinin rəhbəri Elmira ismayılova, “Qadınların İnkişafına və maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Xəzanə Orucova və Gəncə ASAN Xidmət Mərkəzinin könüllüləri də iştirak edərək əlilliyi olan gənclərlə ünsiyyətdə olmuş və onlara qayğı göstərmişlər.
Tədbirdə Gəncə şəhəri, Göygöl, Goranboy və Samux rayonlarında yaşayan 30 nəfər əlilliyi olan gənc etmişdir. Gənclərin əksəriyyəti ilk dəfə olaraq əyləncə mərkəzində təşkil olunmuş tədbirdə iştirak edirdi. Lakin, bu gənclərlə yanaşı Asan Xidmət Mərkəzində könüllü kimi çalışan əlilliyi olan gənclər də iştirak edərək öz təcrübələrini digərləri ilə bölüşdülər.
Sonda “McDonalds Azərbaycan” və “Sabina Parfumeriya-Gəncə”nin təqdim etdiyi hədiyyələr əlilliyi olan gənclərə təqdim olunmuşdur.
Bu xəbəri paylaş


