Layihə: “Gənc Sahibkar Qadınlar” (+FOTO)
Bu xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Gənc Sahibkar Qadınlar” layihəsinin 18 dekabr 2017 il tarixində Gəncə Tibb Kollecində açılış mərasimi və birinci təlimi həyata keçirilib.
Layihənin əsas məqsədi Gəncə, Qazax, Tovuz vəətraf regionlarda yaşayan gənc xanım tələbələrə iqtisadi biliklər vermək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün praktiki təlimlər keçməkdir.
Tədbiri layihə rəhbəri Sevil İsayeva qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş , daha sonra isə layihənin məqsədi ve layihe çerçivesinde keçiriləcək təlim ve tədbirlər haqqında qısa məlumat vermişdir. Təlimi təlimçi Aygün xanımHəsənzadə idarə etmişdi.
Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq Nizami yurdunda onlara olan diqqət və qayğıdan danışıb. Kənan Məmmədov Gəncə şəhərində istifadəyə verilən bir sıra obyektlər haqqında geniş məlumat verib.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev dövlətin hər zaman sahibkarlara olan diqqət və qayğısından danışıb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Rəşad Əlizadə, Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə layihənin icrasında hər bir dəstəyi göstərə biləcəklərini vurğulayıblar.
Təlim çərçivəsində Gənc sahibkar qadınlar haqqında mövzulara toxunulmuşdur. Təlim diskussiya şəklində aparıldığı üçün, bir çox iştirakçılar aktiv çıxış edərək öz fikirlərini bildirmişdilər. Sondaiştirakçılarçayfasiləsindəmüzakirələrinidavametdirdilər.
Qeyd edək ki, layihəçərçivəsində "Sahibkar qadın", "Azərbaycanda sahibkarlıq", "Gənc Sahibkar" və s. kimi təlim və seminarlar təşkil olunacaq.
Bu xəbəri paylaş




























