Gənclər arasında İslam həmrəyliyinin təbliği davam edir - (+FOTO)

Gənclər arasında İslam həmrəyliyinin təbliği davam edir (+FOTO)

Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sülh və inkişaf naminə həmrəy olaq!” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş keçirilmişdir. Tədbirdə ümumilikdə 25 nəfər gənc iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Elvin Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, fəaliyyət istiqamətləri, həyata keçirdiyi qrant müsabiqələri və gənclər və gənclər təşkilatlarına göstərdiyi dəstək haqqında geniş məlumat vermiş, eləcə də layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, 2017-ci ilin ölkəmizdə İslam həmrəyliyi ili elan edilməsi Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. Azərbaycan Respublikasının, onun rəhbərliyinin İslam həmrəyliyinə verdiyi dəyər müsəlman ölkələri tərəfindən yüksək addım kimi qəbul edilmişdir.
Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov çıxış edərək bildirmişdir ki, dünyada gedən proseslər, xüsusən də bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən İslamı terrorçuluqla eyniləşdirmək cəhdləri bizi çox narahat edir. İslamı terrorçuluqla eyniləşdirmək olmaz. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir. Terrorçuluğun nə dini, nə də milliyyəti var. Ona görə biz bu məsələlərə öz etirazımızı daha da inamla bildirməliyik.
Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Günel Məmmədova çıxış edərək bildirmişdir ki, müasir dünyada baş verən siyasi proseslər, xüsusən müsəlman ölkələrindəki münaqişələrin, həmçinin bir sıra ölkələrdə islamafobiyanın geniş vüsət alması İslam dünyasında həmrəyliyə nə qədər ehtiyac olduğunu bir daha göstərir. O, qeyd etmişdir ki, bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə töfhələr verən, onu zənginləşdirən İslam dünyası dövrümüzdə də öz sözünü demək istəyirsə, mütləq şəkildə həmrəy olmaq məcburiyyətindədir.
Layihənin təlimçisi Ramiz Əliyev böyük bir coğrafiyanı əhatə edən müsəlman ölkələrinin zəngin təbii resurslara malik olmalarına baxmayaraq, dünya iqtisadiyyatında elə də böyük pay sahibi olmadığını, bu ölkələrin heç də hamısında insanların sosial rifahının yaxşı olmadığını, eləcə də milyonlarla müsəlmanların müasir dövrün elmi, texniki, mədəni nailiyyətlərindən kənarda qaldığını bildirmişdir. O, mövcud çətinliklərin aradan qaldırılması, müsəlman xalqlarının rifahının yüksəldilməsi, dövlətlərin siyasi və iqtisadi cəhətdən möhkəm olması üçün müsəlman ölkələrinin dünyanın siyasi, iqtisadi arenasında bir-birinə sözdə və əməldə həmrəylik nümayiş etdirməsinin zəruri olduğunu qeyd etmişdir.
Layihə çərçivəsində Şabran rayonunda yerləşən digər ümumtəhsil məktəblərində də müvafiq maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !