ABŞ dünyanı hədələdi: - Qüds üçün səs verənləri…

ABŞ dünyanı hədələdi: Qüds üçün səs verənləri…

BMT Təhlükəsizlik Şurasında dünya ictimaiyyətinin həmrəyliyi qarşısında təklənən ABŞ təşkilata üzv ölkələri Qüds qərarı ilə bağlı hədələyib.

 

Axar.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.

 

“Səsini vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - Heyli elektron məktubda qeyd edib.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilən Qüds layihəsinin lehinə 14 üzv səs vermiş, yalnız ABŞ veto qoymuşdu. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !