Partlayışdan sağ çıxan sevgi… - (+VIDEO)

“Partlayışdan sağ çıxan sevgi…” (+VIDEO)

Videonun qəhrəmanı Abdulla Qurbanov Ağdam rayonunun Qarapirimli kəndindəndir. Doğma kəndi işğal olunandan sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Köçərli kəndi ərazisində məskunlaşır. O, gənc yaşlarından həyatın çətinlikləri ilə üz-üzə qalır. 9 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kənddə yaşayan xalasıgilə qonaq gedən Abdulla qonşuluqda yaşayan Nərgiz adlı qızla tanış olur. Həmin gündən iki gəncin arasında romanlara mövzu ola biləcək məhəbbət hekayəsi başlayır. Sevdiyi qızı görmək üçün Abdulla hər dəfə bir bəhanə ilə Qaradağlıya gedir. Belə səfərlərin birində, hər zamankı yolu deyil, daha kəsə yolu seçir . Minaya düşən gəncin kəllə və üz sümüyü parçalanır, ağır vəziyyətdə olan üzü cərrahiyyə əməliyyatı olunur. Üzü qismən bərpa olunsa da, o, dünya işığına həsrət qalır. Çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürmür. Xəstəxanadan çıxdıqdan sonra Nərgizi axtarır. Nərgizin valideynləri qızlarının Abdulla ilə evlənməsinə razı olmurlar. Görüşmələrinə və telefonla əlaqə saxlamalarına icazə vermirlər. Amma onlar hər şeyə rəğmən qovuşurlar. Artıq bu sevginin bəhrəsi də var. Abdulla ilə Nərgizin 7 yaşında oğlan və 5 yaşında qız övladları var. Video da məzh hazırda Ağdamda, məcburi köçkünlər üçün salınan İmamqulubəyli qəsəbəsində yaşayan Abdulla və Nərgizin müharibənin bütün ağrı acısına qalib gələn sevgilərinə həsr olunub.


Video Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İctimai həyatın aktual sahələrinə dair sosial çarxların hazırlanması"layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən hazırlanıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !