Xudu Məmmədovun 90 illiyi ilə bağlı ağacəkmə aksiası keçirilib. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )
Bu xəbəri paylaş
Qeyd etdiyim kimi bu gün paytaxt Bakımızda olduğu kimi alimin doğma yurdunda da onun 90 illik yubileyi sevənləri , həmkəndliləri və davamçıları tərəfindən alimin adı verilmiş parka toplaşaraq qeyd edilib .
Azərbaycanın dahi alimi, böyük mütəfəkkir Xudu Məmmədovun 90 illiyi ilə bağlı Ağdam rayonunun Quzanlı qəsəbəsində onun öz adını daşıyan parkda ağacəkmə aksiası keçirilib. Tədbirdə görkəmli elm adamının tələbələri, həmkəndliləri, Qarabağ müharibəsi döyüşçüləri və Xudu Məmmədov idealarının davamçıları 300 ədəd ağac və bəzək bitkiləri əkiblər. Təşəbbüs "Qarabağ Hərəkatı"nın üzvü Elçin Vəlizadə tərəfindən irəli sürülüb, yerli ziyalılar və rayon ictimaiyyətinin bir qismi tərəfindən reallaşdırılıb.
"Qarabağ Hərəkatı" bu kimi tədbirləri gələcəkdə də Azərbaycanın digər görkəmli şəxsiyyətlərinin yubley təqvimlərində onların doğulduğu rayon və kəndlərdə davam etdirməyi nəzərdə tuturlar.
Bu xəbəri paylaş

















