Xudu Məmmədovun 90 illik yubileyi alimin məzarı başında qeyd edildi. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )
Bu xəbəri paylaş
Bu gün Ağdamın fəxri, dünya şöhrətli böyük alim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, görkəmli kristalloqraf, professor Xudu Surxay oğlu Məmmədovun 90 illik yubileyi alimin məzarı başında qeyd edildi.
Alimin xatirəsini əziz tutan ziyalılar, Xudu Məmmədov davamçıları və QaT -nın sədri Akif Nağı bu gün 2-ci Fəxri Xiyabanda alimin məzarını ziyarət etdilər. Quran oxunduqdan sonra ziyalılar, habelə Akif bəy alimin elmi fəaliyyətlərindən və dünya elminə verdiyi töhfələrdən söz açdılar.
Xudu müəllim Ağdamdakı məşhur "Çay Evi"nin maketinin müəllifi olmaqla bərabər həm də tikintiyə şəxsən özü rəhbərlik etmişdi.
Ziyarətə gələn ziyalılar burda uyuyan şəhidlərin məzarlarını da ziyarət etdilər.
Bu xəbəri paylaş













