LƏNKƏRAN ŞƏHƏRİNDƏ ÇAY, ÇƏLTİK VƏ SİTRUS MEYVƏLƏRİ FESTİVALI KEÇİRİLƏCƏK - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

LƏNKƏRAN ŞƏHƏRİNDƏ ÇAY, ÇƏLTİK VƏ SİTRUS MEYVƏLƏRİ FESTİVALI KEÇİRİLƏCƏK + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan festival dekabrın 19-da saat 11:00-da şəhərin Heydər Əliyev Xatirə Parkında düzənlənəcək və əsl “Məhsul bolluğu” bayramı olacaq.
Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq, bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək.
Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək.
Bundan başqa tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan, ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.
Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, müsiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar göstəriləcək.
Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !