Ağcabədidə İslam həmrəyliyi dövrün tələbidir mövzusunda tədbir keçirilmişdir. - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə “İslam həmrəyliyi dövrün tələbidir” mövzusunda tədbir keçirilmişdir. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması01.12.2017-ci il tarixdə Ağcabədi rayonu Şahsevən kəndində“İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirtmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının axundu Həsənxan Mənsimov, Şahsevən kənd inzibati ərazi dairə üzrə nümayəndəsi RəfailƏliyev, Muğanlı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Fərəc Fərəcov, kənd ziyalıları və ictimaiyyətin digər nümayəndələri icma üzvləriiştirak etmişdilər.
AZpress.AZ- xəbər verir ki, tədbiri giriş sözü ilə açan Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayevtədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, son illər rayonumuzda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çox işlər görülmüşdür. Görülmüş işlərdən biri də dini maarifləndirmə tədbirləridir. Bu günkü tədbirimiz də, həmin məsələyə həsr olunmuşdur. Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. Bu sərəncam mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var.
Sonra məruzə üçün sözü Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə verdi. Təyyar Hacıyev məruzə edərək bildirdi ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilməsindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi məntiqi bir ardıcıllığa bağlıdır. Bu tədbir də İslam həmrəyliyini təbliğ edən bir tədbirdir. İslam dini sülh və əminamanlıq dinidir. Bu o deməkdir ki, İslam dini həmişə sülh dini olub və müharibəyə, ədalətsizliyə qarşıdır.
Məruzə ətrafında Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının imamı Həsənxan Mənsimov və Şahsevən kənd inzibati ərazi dairə üzrə nümayəndəsi RəfailƏliyev də çıxış edərək mövzunun günümüz üçün çox aktual olduğunu xüsusi vurğuladılar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı. Tədbir iştirakçılarının hər birinə Dövlət Komitəsinin öz nəşrləri və paylanmasına icazə verdiyi kitablar, o cümlədən Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının vəsaiti hesabına çap olunmuş “Yaddaşlarda qalan ömür” kitabı paylanmışdır. Tədbirin davamı olaraq çay süfrəsi təşkil olundu.

 


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !