İslam həmrəyliyinin güclənməsində medianın rolu adlı Dəyirmi Masa keçirilib. - +FOTO ( AZpressAZ)

“İslam həmrəyliyinin güclənməsində medianın rolu”adlı Dəyirmi Masa keçirilib. +FOTO ( AZpressAZ)

Noyabrın 30-u İƏT-üzv Dövlətləri Jurnalistlər Assosiasiyasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu”adlı Dəyirmi Masa keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində saat 11:00-da baş tutan tədbirdə İslam ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş fövqəlada və səlahiyyətli səfirləri, nümayəndələri, Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin və Xarici İşlər Nazirliyinin məsul işçiləri, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Misir Ərəb Respublikasının aparıcı media rəhbərləri iştirak ediblər.Tədbiri giriş sözü ilə İƏT üzv Dövlətləri Jurnalistlər Assosiasiyasının sədri prof. Fazil Abbasov açan “İslam Həmrəylik İli”-ndə görülən tədbirlərin İslam ümmətinin tarixindəki rolundan danışıb.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qonaqları qarşılayıb.
Tədbirdə PA-nın ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev ,İRŞAD İslam Araşdırmaları Mərkəzinin rəhbəri prof. Rafiq Əliyev, Mərakeş Krallığı, Fələstin və Səudiyyə Ərəbistanının ölkəmizdə akkreditə olunmuş səfirləri çıxış edərək, İslam Həmrəyliyinin əhəmiyyətindən, Azərbaycan nümunəsinin özəlliklərindən, mediada işıqlandırılmasından və medianın rolunda danışıblar.

***

Noyabrın 30-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, bəzi cəmiyyətlərdə dini məzhəblər və təriqətlər arasında toqquşmalar müşahidə olunur. Müsəlmanlara düşmən mövqedə olan bəzi dairələr bundan öz məqsədləri üçün istifadə edirlər. Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi tarixi addım kimi dəyərləndirilib.

Qeyd edilib ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla eyniləşdirilməməlidir. Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan Bəhruz Həsənov qeyd edib ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri dağıdılıb.

“Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir”, - deyən Prezident Administrasiyasının məsul əməkdaşı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasında məqsəd təkcə Azərbaycandakı məzhəblər arasındakı dialoqu gücləndirmək deyil, eyni zamanda, dünyada İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirməkdir. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib.

Tədbir müzakirələrlə davam etdirilir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !