Xətai rayon məktəbliləri arasında İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır adlı müsabiqə elan olunur. -

Xətai rayon məktəbliləri arasında“İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır” adlı müsabiqə elan olunur.

Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Bələdiyyəsi, Xətai Rayonu Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ili çərçivəsində Xətai rayon məktəbliləri arasında“İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır” adlı müsabiqə elan olunur.
Məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi və keçmişimizi unutdurmamaqdır.
Müsabiqədə əsasən, Azərbaycan, Türk və İslam ölkələrinin oxşar adət-ənənələrini, milli geyimlərini, o cümlədən, dostluğu-qardaşlığı, humanizm, tolerantlığı və sülhü özündə əks etdirən əsərlər seçiləcək.
Sərgi-müsabiqədə 14 yaşa qədər uşaqlar iştirak edə bilərlər. İştirak etmək istəyənlər əsərlərini 5-12 dekabr 2017-ci il tarixlərində Xətai Sənət Mərkəzi (Xocalı pr 62.) yaxud Xətai Rayon Bələdiyyəsi (Məzahir Rüstəmov küçəsi 21.)ünvanlarından birinə təqdim etməlidirlər. Əsər ilə bərabər müəllifin adı/soyadı, təvəllüd, əlaqə telefonu qeyd edilməlidir. Seçilmiş əsərlər sərgilənəcək.Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olunacaq.Fəal məktəblər təşəkkürnamə ilə mükafatlandırılacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !