Lənkəranda gənc oftalmoloqların XI respublika konfransı keçirilib - +FOTO (AZ.press.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda gənc oftalmoloqların XI respublika konfransı keçirilib +FOTO (AZ.press.AZ – Ağaddin Babayev, Lənkəran)

Noyabrın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Müasir oftalmologiyanın problemleri və son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların XI respublika konfransı keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının, Gəncə və Şirvan şəhərlərinin, Xızı, Masallı, Lənkəran və digər rayonların gənc oftalmoloqları, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin müəllimləri iştirak ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımov çıxışında konfransın keçirilməsində məqsədin gənc kadrların peşəkarlığının artırılmasına dəstək verməkdən ibarət olduğunu bildirib.
Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan E.Qasımov Azərbaycanda səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıldığını qeyd edib.
Bildirilib ki, ölkəmizə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara çatdırılması olub.
Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu diqqətə çatdıran E.Qasımov akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz olunduğunu, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduğunu, Mərkəz tərəfindən pasientlərə regionlarda səyyar xidmət göstərildiyini vurğulayıb.
Konfransda çıxış edən tibb elmləri doktoru Hicran Namazova, professorlar Kərəm Kərəmov, Paşa Qəlbinur Musayev və Çingiz Cərullazadə müasir oftalmologiyanın son nailiyyətlərindən və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qazandığı uğurlardan danışıblar.
Tədbirdə lənkəranlı oftalmoloqların qarşılaşdıqları çətinliklərdən də söz açılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın sonunda gənc oftalmoloqlara sertifikatlar təqdim olunub.



Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !