“İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış” mövzusunda silsilə maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Bu xəbəri paylaş
2017–ci ilin çari ayında “Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış” adlı layihə çərçivəsində həmin mövzu üzrə bir sıra orta məktəblərinin şagirdləri arasında debat görüşləri təşkil olunmuş, şagirlərin eyni mövzu üzrə maraqlı fikir mübadiləsi, müxtəlif çıxışları səsləndirilmişdir.
Qeyd edək ki, bu layihənin əsas məqsədi dövlətin siyasətini dəstəkləyərək, uşaqları 2017-ci il “İslam Həmrəyliyi ili” üzrə fəaliyyət prosesinə cəlb etmək, bu fəaliyyəti işıqlandıraraq digər məktəblilər arasında genişləndirmək, eyni zamanda məktəbliləri bu mövzu üzrə maarifləndirərək İslam dünyasını təşkil edən ölkələri, onların tarixini, mədəniyətlərini öyrətmək. Habelə mövzu ətrafında diskussiyala dəvət etmək, onlarda yaranan suallrı cavablandırmaq, onlarda islam dünyaında baş verən hadisələ düzgün baxışlar yaratmaq, eyni zamanda tolenrantlıq, qarşılıqlı əməkdaşlıq və bu kimi mövzularla uzlaşdırmaq.
Tədbir çərçivəsində mövzu ətrafında şagirdlərin fikirləri dinlənilib, müzakirələr aparılıb, layihə çərçivəsində həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb.
Bu xəbəri paylaş







