Həzrət Ayətullah Xameneini İŞİD-in məhv olması münasibətilə general Süleymaninin məktubuna cavabı. -

Həzrət Ayətullah Xameneini İŞİD-in məhv olması münasibətilə general Süleymaninin məktubuna cavabı.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabının Keçikçilər Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasım Süleymaninin “Şəcəreyi-xəbisə” (xəbis ağac) adlandırdığı İşidin hakimiyyətinin sona çatması ilə bağlı ünvanladığı məktubuna cavabında vurğulayıb: “Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.

 

Həzrət Ayətullah Xameneinin general Süleymaninin məktubuna cavabının tam mətni:

 

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

 

İslamın şanlı sərkərdəsi və Allah yolunun mücahidi cənab general Hacı Qasım Süleymani (uğurları daimi olsun)

 

Böyük Allaha bütün varlığımla təşəkkür edirəm ki, siz və həmkarınız olan böyük ordunuzun müxtəlif səviyyələrdə apardığı fədakarcasına mübarizələrə bərəkət verdi və dünya təcavüzkarlarının əli ilə Suriya və İraqda əkilmiş xəbis ağacın kökünü siz saleh bəndələrin əli ilə kəsdi. Bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına endirilmiş zərbə deyildi, regionda daxili müharibə yaratmış, antisionist müqaviməti yox etməyi, müstəqil dövlətləri bu qrupun qəddar rəhbərləri vasitəsilə zəiflətməyi hədəfə almış xəbis siyasətə endirilmiş daha ağır zərbə idi.

 

ABŞ-ın əvvəlki və indiki hökumətlərinə, həmin hökumətlərin bu qruplaşmanı regionda təsis etmiş, öz çirkin hökmranlıqlarını Qərbi-Asiya regionuna yaymaq və qəsbkar sionist rejimi burada hökmran etmək üçün bütün dəstəklərini əsirgəməyən rejimlərə zərbə idi. Siz bu öldürücü xərçəng yığınını darmadağın etməklə təkcə region ölkələri və İslam dünyası deyil, bütün xalqlara və bəşəriyyətə böyük xidmət göstərdiniz. Bu, ilahi qələbə, “و ما رمیت اذ رمیت ولکن الله رمی” “(Ya Peyğəmbər! onların üz-gözünə torpaq və çınqıl) atdığın zaman sən atmadın, Allah atdı” (Ənfal surəsi, 17) ayəsinin bir təzahürü idi ki, siz və döyüş yoldaşlarınızın gecə-gündüz bilmədən apardığı mübarizəyə xatir sizə verilmiş mükafat idi.

 

Sizə səmimi qəlbdən təşəkkür edir və bundan əlavə, düşmənin hiyləsindən xəbərsiz qalmamağı israrla tövsiyə edirəm.

 

Çox ağır sərmayə sərf edib bu xəbis planı hazırlamış şəxslər sakit durmayacaq, onu bu regionun başqa bir yerində və ya başqa bir şəkildə yenidən həyata keçirəcəklər. Motivasiyanın, ayıqlığın və vəhdətin qorunub saxlanması, hər bir təhlükəli tullantının yox edilməsi, ayıldıcı mədəni fəaliyyət, xülasə, hərtərəfli hazırlıqlar unudulmamalıdır. Sizi və İraq, Suriya və digər ölkələrdən olan mücahid qardaşlarınızı Böyük Allaha tapşırıram, hamnızı salamlayıb, sizlərə dua edirəm.

 

 

Allahın salam və bərəkəti üzərinizə olsun

 

30 aban 1397 (21 noyabr 2017)
Seyyid Əli Xamenei

 

 

General-mayor Q.Süleymaninin göndərdiyi məktubun tam mətni:

 

Bağışlayan və mehriban Allahın adı ilə

 

انّافَتَحنا لَکَ فتحاً مُبینا

İslam İnqilabının əziz və şücaətli rəhbəri

 

Ayətullah əl-üzma İmam Xamnei həzrətlərinə

 

6 il əvvəl Əmirəl-Möminin həzrət İmam Əlinin (ə) dövründə olduğu kimi, müsəlmanların şüurunu zədələməyə və onları həqiqi Muhəmməd (s) İslamının şirinliyini dərk etməkdən məhrum etməyə çalışan bir fitnə bu dəfə sionizm və imperializm rejiminə bağlı olaraq dağıdıcı fırtına ilə İslam dünyasını təhlükə ilə üzləşdirdi.

Bu təhlükəli fitnə İslam dünyasının böyük hissəsini alovlandırıb, müsəlmanları bir-birilərinə qarşı çıxarmaq üçün düşmənlər tərəfindən yaradıldı. “İraq və Şam İslam Dövləti” adı altında güc alan bu kinli hərəkat ilk aylarından etibarən iki ölkənin on minlərlə müsəlman gəncini aldadaraq, İslam dünyasının iki təsirli və həlledici ölkəsi olan Suriya və İraqı böyük bir böhrana sürüklədi və bu ölkələrdə yüz minlərlə kvadrat kilometrlik bir ərazidə yerləşən kəndləri, şəhərləri və mühüm idarəetmə mərkəzlərini işğal altına aldı. Bu bölgələrdə olan iş yerləri və zavodlarla yanaşı, yollar, körpülər, zavodlar, qaz və neft quyuları, elektrik stansiyaları kimi, infrastruktur təsisatlarını darmadağın edərək, mühüm və qiymətli tarixi əsərləri qəlbində saxlayan şəhərləri də bomba yerləşdirib, darmadağın etdi.

 

Dəymiş ziyanı ölçmək mümkün olmasa da ilkin hesablamalara görə bu hadisələr nəticəsində 500 milyard dollar ziyan dəymişdir.

 

Bu vaqiədə göstərilməsi mümkün olmayan çox ağrılı cinayətlər baş verdi. Uşaqların başının kəsilməsi, kişilərin ailələrinin gözləri qarşısında dərilərinin diri-diri soyulması, günahsız qadınlarla qızların əsir alınıb təcavüzə məruz qalması, insanların diri-diri yandırılması və yüzlərlə gəncin kütləvi şəkildə qətlə yetirilməsi.

 

Bu ölkələrin müsəlman əhalisi bu zəhərli tufandan heyrətə gələrək bir hissəsi təkfirçi cinayətkarların xəncərlərinə tuş gəldi, milyonlarla nəfər də öz ev-eşiklərini tərk edib digər ölkələrə və şəhərlərə üz tutdular.

 

Qeyd etdiyimiz bu fitnədə müsəlmanlara aid minlərlə məscid və müqəddəs məkan viran edildi və bəzən də içində olan imamlar və namaz qılmaq üçün toplaşan insanlarla birlikdə partladıldı.

 

Altı mindən çox aldadılmış gənc İslamı müdafiə etmək adı ilə intiharçı fəaliyyətlə partlayıcı ilə dolu maşınlarla özlərini meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində partlatdılar ki, bu cinayətkar əməllər nəticəsində on minlərlə günahsız kişi, qadın və uşaq şəhid oldular.

 

ABŞ-ın hazırkı rəhbərlərinin etiraflarına əsasən bütün bu cinayətlər təməli Amerikaya əsaslanan təşkilatlar tərəfindən icra olunub və günümüzdə hələ də icra olunmağa davam etdirilir.

 

Böyük Allahın köməyi ilə əziz Peyğəmbərimiz (s) və Əhli-Beytin (ə) davamlı mərhəmətləri (inayətləri) ilə bu təhlükəli təxribatın sona çatmasını həyata keçirən amil, bütün imkanların birləşməsinə səbəb olan sizin ehtiyatlı və düşüncəli rəhbərliyiniz ilə birlikdə, böyük mərcəyi-təqlid alim Ayətullah Seyid Əli Sistaninin yol göstərməsidir.

 

Şübhəsiz ki, Suriya və İraq dövlətləri bu ölkələrin, Əl-Həşduş Şəbi başda olmaqla, ordusu ilə gənclərinin müqavimət göstərməsilə yanaşı, Seyid Həsən Nəsrullahın şərəflə rəhbərlik etdiyi həlledici rola malik Hizbullah hərəkatının da bu təhlükəli hadisənin məğlub edilməsində həddən artıq təsirləri oldu.

 

İran İslam Respublikasının qətiyyətli milləti ilə dövlətinin, xüsusilə də möhtərəm cənab Prezident, Parlament, Müdafiə nazirliyi və hərbi-təhlükəsizlik təşkilatlarının dəyərli rolu, eləcə də yuxarıdakı ölkələrin millətlərinin dövlətlərinə verdiyi dəstəklər təqdirəlayiqdir.

 

Sizin tərəfinizdən bu müharibə meydanında vəzifələndirilən bir əsgər kimi, Amerika-Sionist təşkilatı olan İŞİD-in Əbukamaldakı məğlubiyyəti nəticəsində terror təşkilatının bayrağının endirilib, yerinə Suriya bayrağının dalğalandırılması ilə bu murdar və çirkin yaradılışın sona çatdığını elan edirəm. Canını İslam yolunda fəda edən bütün komandirlər, adsız mücahidlər ilə iranlı, iraqlı, suriyalı, livanlı, əfqanıstanlı və pakistanlı hərəm müdafiəçisi şəhidləri ilə qaziləri tərəfindən əldə edilən bu həlledici qələbə münasibətilə zatı alinizi, İranın böyük milləti, İraq və Suriyanın günahsız xalqı və dünyanın digər müsəlmanlarını təbrik edir, bu qələbə münasibətilə Böyük Allahın qarşısında diz çöküb, şükr etmək üçün alnımı torpağa qoymaq istəyirəm.

 

وَ مَا النَّصرالّا مِن عِندِالله العَزِیزِ الحَکِیم

 

Övladınız və əsgəriniz


Qasim Süleymani 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !