GDU-nun kollektivi Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən müayinə edilib -

GDU-nun kollektivi Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən müayinə edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən Nizami yurdunun sakinləri, həmçinin Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi üçün ödənişsiz ilkin göz müayinəsi aksiyası həyata keçirilib.
Dünyagöz Mobil Klinikasının məsul əməkdaşı Muzaffər Sancaklı universitetin Mətbuat və ictimaiyyətləəlaqələr xidmətinə müsahibəsində bildirib ki, noyabrın 2-dən başlayaraq 3 həftəərzində hər gün 150 nəfərdən çox, təxminən 3 minə yaxın insan müayinə edilib. Onlar arasında şəhər sakinləri ilə yanaşı, Gəncə Dövlət Universitetinin müəllim və tələbələri də var.
Muzaffər Sancaklı deyib ki, gənclər mütəmadi müayinə olunarsa, gələcəkdə yarana biləcək bir çox göz xəstəliklərinin qarşısını almaq mümkündür.
Müayinənin nəticələrini açıqlayan Dünyagöz Mobil Klinikasının həkimi Nigar Lələyeva isə qeyd edib ki, tibbi baxışdan keçənlərdəəsasən miopiya, hipermetrop, astiqmat, katarakta və başqa xəstəliklərə rast gəlinib.
Universitetin kollektivi yüksək xidmətdən razı qalıb, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !