Gəncə Dövlət Universitetinin qarşısında və yaxınlığındakı piyada keçidləri istifadəyə verilib. -

Gəncə Dövlət Universitetinin qarşısında və yaxınlığındakı piyada keçidləri istifadəyə verilib.

 Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə şəhərdə nəqliyyatın daha intensiv olduğu Gəncə Dövlət Universitetinin əsas binasının qarşısında və yaxınlığında tikilən iki yeraltı keçidin açılış mərasimi olub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hazırda Nizami yurdunda icrası davam edən, həmçinin 2018-ci ildə yerinə yetiriləcək layihələr haqqında məlumat verib.
Bildirilib ki, Heydər Əliyev prospekti ilə Cavad xan və Həsən Əliyev küçələrinin kəsişməsində avtomobillərin və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq olaraq iki və üççıxışlı 2 yeraltı piyada keçidi tikilib. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsindəki ikiçıxışlı (Gəncə Dövlət Filarmoniyasının qarşısına və Cavad xan küçəsinə çıxış) yeraltı keçidin uzunluğu 28, eni və hündürlüyü isə hər biri 4 metrdir. Keçidə 650 kvadratmetr qranit və mərmər döşənib, işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.
Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki üç çıxışlı (Gəncə Dövlət Universitetinin əsas binasının qarşısına, şəhərin baş meydanına və “Gəncə Mall” ticarət mərkəzinin qarşısına çıxış) yeraltı keçidin uzunluğu 70, eni 4,4, hündürlüyü isə 3,7 metrdir. Keçidə 1000 kvadratmetr qranit və mərmər döşənib, tavan dekorativ elementlərlə bəzədilib. Həmçinin işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.
Gəncə Dövlət Universitetinin professoru, AMEA-nın Müxbir üzvü Vaqif Novruzov son zamanlar Nizami yurdunda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işlərindən danışaraq, Gəncə Dövlət Universitetinin əsas binasının qarşısında yerləşən keçidin istifadəyə verilməsini ətrafda yaşayan sakinlərlə yanaşı, ali məktəbin müəllim və tələbə heyətini də sevindirdiyini deyib.
Universitetin tələbələri Ayşən Novruzova və Çinarı Hümbətova son illər Gəncə şəhərinin sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra keçidlərdə görülmüş işlərlə tanışlıq olub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !