Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu mövzusunda tədbir keçirilib. -

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Noyabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva filmin maarifləndirici xarakter daşıdığını, bu filmin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirərək,
gəncləri ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadə, Əməkdar artist, ADMİU-nun dosenti Məmmədsəfa Qasımov və başqaları sənədli filmin əhəmiyyətini yüksək qiymətləndiriblər. Tədbirdə gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !