Ağdam ərazisində zəlzələ qeydə alınmışdır (AZpress.AZ – Maya Quliyeva, Qarabağ ) YENİLƏNDİ
Bu xəbəri paylaş
Azərbaycan ərazisinde baş veren zəlzələ Qarabag bölgəsində hiss olunub , ikin məlumata görə Goranboy, Naftalan, Terter, Bərdə, Agdam, Agcabədi, Beyləqan, Fizuli , Yevlax , Mingəçevir , Şəki ərazisində ciddi torpaq titrəşimi insanları təşvişə salıb. Hazırda hec bir ciddi təlafat xəbəri gəlməsədə bəzi evlərdə və yaşayış binalarında fəsadların yarandığı deyilir.
Sözü gedən erazilərdəki çox mərtəbəli yaşayiş binalarının sakinləri təşviş içərisindədir. Insanlar evlərinə girməkdən ehtiyat edirlər. əlavə məlumat veriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, noyabrın 15-də yerli vaxtla saat 23:48:03-də Ağdam ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 6 bala yaxin, yaxın yaşayış məntəqələrində və qonşu rayonlarda isə 5-3 bala qədər hiss olunmuşdur.
Tarix | 15.11.2017 |
Vaxt | 23:48:03 UTC |
Ərazi | Agdam |
Koordinatlar | 40.18 , 47.11 |
Maqnituda | 5.7 |
Dərinlik | 25 km |
Bu, sentyabr ayının 7-dən bəri Azərbaycanda baş verən sayca 10-cu zəlzələdir.
Ağdamın Üçoğlan kənd sakininin evi zəlzələdən dağılıb :
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !

