Region gəncləri arasında çövkən-at yarışları təşkil olunub -

Region gəncləri arasında çövkən-at yarışları təşkil olunub

“Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində Samux rayonunda at yarışı keçirilib.
Layihəni “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirir.
Yarışın münsiflər heyəti Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Qurbanov, Samux rayon Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Samux rayon şöbəsinin nümayəndəsi Rüstəm Xudiyevdən ibarət olub.
İştirakçıların sağlamlıqlarını təmin etmək üçün yarışlar zamanı təcili tibbi yardım maşınları növbədə olub.
3 nominasiya üzrə qaliblər hədiyyələrlə mükafatlandırılıb. Mükafatlandırılan gənclər Samuxun ucqar kəndlərindən yarışa qatılanlar olub. Bütün iştirakçılara diplomlar verilib.
Yarışlardan sonra gənclər arasında “Ərənlər at belinə!” klubu yaradılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !