İlham Əliyev Gəncədə Grand Qafqaz Ticarət Kompleksinin açılışında iştirak edib. -

İlham Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.

Bildirildi ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Layihənin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,0 milyon manat güzəştli kredit ayrılıb.

Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

“Grand Qafqaz” Ticarət Kompleksində iri və xırdabuynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.

Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış oldu.

Dövlətimizin başçısına kompleksdə təmsil olunan “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti barədə də məlumat verildi. Bildirildi ki, avtomobillər vasitəsilə respublikanın bütün bölgələrindən orta bazar qiymətinə tədarük olunan ekoloji baxımdan təmiz məhsullar, ilk növbədə, dövlət satınalan təşkilatlarının tələbatına yönəldilir. Məhsulun tələbatdan artıq qalan hissəsi isə paytaxt rayonlarında həftəsonu keçirilən yarmarkalara və xarici bazarlara göndərilir. Cari ilin 9 ayı ərzində 40 min ton ərzaq və kənd təsərrüfatı məhsulları tədarük olunaraq təchizata yönəldilib və yerli istehsalçıların dövriyyəsinə külli miqdarda vəsait daxil olub. Tədarük-təchizat sistemini daha təkmilləşdirməyi və genişləndirməyi planlaşdıran Açıq Səhmdar Cəmiyyəti gələn il yerli istehsalçılardan daha çox məhsul qəbul etməyi nəzərdə tutur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !