Meyvələrin şahı-Nar müsabiqənin qalibi olub. -

“Meyvələrin şahı-Nar” müsabiqənin qalibi olub.

ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimi “Meyvələrin şahı-Nar” müsabiqənin qalibi olub
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Meyvələrin şahı-Nar” adlı müsabiqənin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev adına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Müsabiqənin mövzusuna uyğun olaraq təqdim edilən rəsm və heykəltəraşlıq əsərləri nar meyvəsinə və ya nar ağacına həsr edilib. Sonda münsiflər heyəti tərəfindən hər bir kateqoriya üzrə üç qalib elan olunub. Qaliblər sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin müəllimi Vüqar Əliyev “Nargilə” əsəri ilə I yerə layiq görülüb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !