AzNar komandası Neftçi yə 4:2 hesabı ilə qalib gələrək Nar Kuboku na sahib olub. -

“AzNar” komandası” Neftçi”yə 4:2 hesabı ilə qalib gələrək “Nar Kuboku”na sahib olub.

Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə keçirilən XII Nar Festivalı başa çatıb. Festivalın ikinci günü Göyçay şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar Kuboku” uğrunda oyun keçirilib.
Oyundan öncə “AzNar” QSC tərəfindən əsaslı şəkildə yenidən qurulan Göyçay şəhər stadionunun açılış mərasimi olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edib. Məlumat verilib ki, 1976-cı ildə istifadəyə verilmiş Göyçay şəhər stadionu 40 ildən sonra yenidən əsaslı təmir edilərək futbolçuların istifadəsinə verilib. Ümumi ərazisi 6 hektar olan stadionda 2500 ədəd yeni oturacaq quraşdırılıb, 10 000 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 220 paqonmetr əraziyə bardürlar düzülüb, 450 kvadratmetr yeni hasar çəkilib, 560 kvadratmert suvaq və 1900 kvadratmetr rəngləmə işləri görülüb, 150 kvadratmetr sahəyə aqlay və üzlük daşları vurulub, 380 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb. Stadionun giriş qapıları yeni müasir qapılarla əvəz olunub və yeni monitor quraşdırılıb.
Həmçinin, stadionun ərazisində ilk dəfə olaraq voleybol, basketbol, mini futbol meydançaları inşa edilib. Stadion əsaslı təmirindən sonra “AzNar” futbol komandasının ixtiyarına verilib. Bir il öncə fəaliyyətə başlayan “AzNar” komandası Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) dəstəyi ilə keçirilən Həvəskarlar Liqasındakı ev oyunlarını bu stadionda keçirib. Sonra qonaqlar “AzNar” İdman Klubunun zalında məşq edən yeniyetmə güləşçilər, boksçular və qaydasız döyüşçülərin nümunəvi çıxışlarına baxıb.
Stadionunn açılış mərasimindən sonra “AzNar” və “Neftçi” komandaları arasında keçirilən “Nar Kuboku” uğrunda oyuna start verilib. AFFA-nın Hakimlər Komitəsinin təyin etdiyi baş hakim Fərid Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə edilən oyunun ilk dəqiqələrində “AzNar”ın oyunçusu Amil Xeyrullayev topu rəqib komandanın qapısından keçirərək hesabı açıb. Qrşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsi 3:1 hesabı ilə “AzNar” komandasının üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində “Neftçi” komandasının futbolçusu Seyidməmməd Talıbov komandasının ikinci topunu “AzNar”ın qapısından keçirirək hesab fərqini azalda bilib. Oyunun sonuncu dəqiqəsində “AzNar”ın futbolçusu Elgün Xəlilov “Neftçi”nin qapısından özünün ikinci, komandasının dördüncü topunu keçirib. Görüş 4:1 hesabı ilə “AzNar”ın xeyirinə başa çatıb. Yarışı 5 minə yaxın azarkeş izləyib.
İş adamı Fərhad Əhmədov sonda “AzNar”ın oyunçuları ilə görüşərək onları qələbə münasibətilə təbrik edib, komandaya “Nar Kuboku” və 10 min manat pul mükafatı təqdim edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 



 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !