İslam sülh və həmrəylik dinidir başlığı altında inşa-yazı müsabiqəsi keçirilib. -

“İslam sülh və həmrəylik dinidir” başlığı altında inşa-yazı müsabiqəsi keçirilib.

 Bu gün, 03 noyabr 2017-ci il tarixdə ilk olaraq, Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər” layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında “İslam sülh və həmrəylik dinidir” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmişdir. Tədbiri İsmayıl Süleymanov açaraq, ümumi olaraq, layihə və müsabiqə haqqında məlumat vermişdir. Daha sonra şagirdlər bir saat ərzində inşa yazının yazmışlar. Məktəbin müəllimlərindən (Səyalı Yusifova, Aynur Sanılı və Söylü Şahvələdova) ibarət münsiflər heyəti yazılmış inşa yazıları yoxlamışlar. 22 şagirdin iştirak etdiyi müsabiqədə üç ən yaxşı iş qiymətləndirilmişdir. Beləliklə, məktəbin IX-b sinif şagirdi Kazımova Nigar Namiq qızı I yerə, XI-b sinif şagirdi Musayeva Tükəzban Habil qızı II yerə, X-a sinif şagirdi Eyubova Nəzrin Fariz qızı isə III yerə layiq görülmüşlər. Hər üç şagird “Öyrədərək Öyrənirik” G.İ.İ.D.İ.B.-nin müvafiq diplomları ilə təltif olunmuşlar. Şagirdlərə ümumilikdə 150 ədəd buklet və 20 dəst köynək paylanılmışdır. Müsabiqədən sonra şagirdlər arasında sorğu da keçirilmişdir.
Qeyd edək ki, tədbirdə Gənclər Fondunun əməkdaşı Emil Yusifov da iştirak ediridi. Növbəti inşa-yazı müsabiqəsi 07 noyabr 2017-ci il tarixdə Qazax şəhər 2 saylı tam orta məktəbdə keçiriləcəkdir. Əlavə olaraq onu da qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 5 məktəbdə inşa-yazı müsabiqəsi, bir rəsm müsabiqəsi və sorğunun keçirilməsi nəzərdə tutulmuşdur. Sorğunun bir hissəsi Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri arasında, eləcə də, şəhər sakinləri arasında keçirilmişdir.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !