-

Lənkəran Dövlət Universitetində payızlıq əkinlərə start verilib + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə Lənkəran Dövlət Universitetində (LDU) geniş layihələrə start verilib. Universitetdə fəaliyyət gtöstərən aqrar və mühəndislik fakültəsinin tələbə-müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında payız əkinlərə başlanılıb. Havaların xoş keçməsindən istifadə edilərək ilkin olaraq təcrübə təsərrüfatında bostan bitkiləri əkilir. Bu gün ilk dəfə olaraq aqronomluq ixtisasında təhsil alan tələbələrin yardımı ilə 10 sot sahədə sarımsaq əkilib.Yaxın günlərdə mövsümə uyğun olaraq digər tərəvəz və bostan bitkilərinin əkilməsi də həyata keçiriləcək.
Mövsümi bitkilərlə yanaşı, çoxillik əkinlərin keçirilməsi də diqqət mərkəzindədir. Cənub bölgəsi üçün spesifik olan və gələcəkdə yaxşı gəlir vəd edən sitrusçuluq və çayçılığı inkişaf etdirmək məqsədi ilə yaxın günlərdə LDU-nun yardımçı təsərrüfatında feyxoa, narıngi, limon, kivi, portağal ağaclarından ibarət bağ salınacaq, eyni zamanda 1 hektar sahədə yaşıl çay bitkisi əkini aparılacaq. Bu işlərdə Türkiyənin Çukorova Universitetinin təcrübəsindən istifadə olunacaq. LDU-da yardımçı təsərrüfatın inkişafı isə təkcə tələbələrin təcrübi biliklərinin təkmilləşməsinə faydalı deyil, eyni zamanda, gələcəkdə bu ali təhsil ocağının maliyyələşməsində də mühüm rol oynaya bilər. Belə ki, yardımçı təsərrüfatdan gələn qazancın həm yardımçı təsərrüfatın genişlənməsinə, lazımi texnikaların alınmasına, həm də universitetin ehtiyaclarının ödənilməsinə sərf olunacağı nəzərdə tutulur.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !