Bakı Uşaq Teatrı oktyabr ayında cəzaçəkmə müəssisələrində 19 tamaşa nümayiş etdirib. -

Bakı Uşaq Teatrı oktyabr ayında cəzaçəkmə müəssisələrində 19 tamaşa nümayiş etdirib.

 Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı oktyabr ayında cəzaçəkmə müəssisələrində 19 tamaşa nümayiş etdirib. Bu tamaşaların uğurlu nümayişi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən teatra təşəkkür məktubu ünvanlanmışdır. İşçi qrupun rəhbəri Fəqan Şahverdiyev tərəfindən göndərilən məktubda deyilir, Azərbaycan Respublikasının 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə tyəsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013 – 2018 – cı illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi işində göstərdiyiniz fəal iştiraka görə İntiqam Soltana və Bakı Uşaq Teatrına təşəkkürümüzü bildiririk.
Tamaşa interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Tamaşa maarifləndirici xarakter daşıyır
Tamaşada iştirak edirlər İntiqam Soltan, İlhamə Əhmədova, Əli Quluu Səmədov, Türkan Şahmarlı, Rəfael Muradxanlı, Şahin Kazımov, Günay Pirizadə və başqaları.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !