F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi
Bu xəbəri paylaş
28 oktyabr 2017-ci ildə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində V.Uspenski adına Özbəkistan Akademik Məktəb -Liseyinin direktoru, əməkdar incəsənət xadimi, pedaqoji elmlər namizədi Dildora Camalova, Qazaxstan Milli İncəsənət Universitetinin professoru, sənətşunaslıq doktoru Umitcan Cumakova, eləcə də sənətşunaslıq doktoru, BMA-nın professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd türkdili xalqlar arasında uşaq incəsənət məktəblərinin qarşılıqlı əlaqələrinin qoyulması, “Uşaqlar uşaqlar üçün” devizi altında müştərək tədbirlər, müsabiqə və festivalların keçirilməsi idi. Görüş zamanı qonaqlar məktəbin musiqi alətləri, təsviri incəsənət və xoreoqrafiya şöbələri ilə tanış olmuş, dərs prosesində iştirak etmişlər. Sonda qonaqlara məktəbin müəllim və şagirdlərinin ifasında konsert təqdim olunub.