Beynəlxalq Muzeylər Şurasının (ICOM) Etnoqrafiya muzeyləri və kolleksiyaları üçün beynəlxalq komitənin (ICME) illik konfransı keçirildi. -

Beynəlxalq Muzeylər Şurasının (ICOM) Etnoqrafiya muzeyləri və kolleksiyaları üçün beynəlxalq komitənin (ICME) illik konfransı keçirildi.

 2017-ci il 17-22 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Etnoqrafiya muzeyləri və kolleksiyaları üçün beynəlxalq komitənin (ICME) illik konfransı keçirildi.
Konfransda 17 ölkədən (Azərbaycan, Almaniya, Böyük Britaniya, Norveç, İsveç, Yaponiya, Kanada, ABŞ, və s.) 50 nümayəndə iştirak etdi.
Konfransda muzeyin əməkdaşı Rəma Zeynalova “Azərbaycan xalçasının etnoidentikliyi köç, məskən və mənsubiyyət kontekstində” adlı məruzə ilə çıxış etdi. O, burada Azərbaycan xalçasının insanların məişət və ənənlərində rolu, Böyük İpək Yolu ilə səfərə çıxan xalçalarımızın dünyanın bir çox ölkələrinin məşhur muzeylərinin, şəxsi kolleksiyalarının nadir incisinə çevrilməsi və sonda xalçalarımızın, köçsə də, məskənini dəyişsə də, yenidən məhz mənsub olduğu torpağa qaytarılması haqqında məlumat verdi.
Konfrans çərçivəsində Vaşınqton və Nyu-Yorkun Amerika hindluları milli muzeyləri və fondları, Azadlıq heykəli və Ellis adası milli mühacirət muzeyi, Mashantucket Pequot Muzey və Araşdırma Mərkəzi, Metropoliten İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, George Washington Universiteti Muzey və Tekstil Muzeyi, Afrikalı-Amerikalıların Tarix muzeyi ziyarət edilmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 


 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !