Türkiyənin Çukorova Universiteti ilə əməkdaşlıq Lənkəran Dövlət Universiteti üçün yeni iqtisadi imkanlar açıb. - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Türkiyənin Çukorova Universiteti ilə əməkdaşlıq Lənkəran Dövlət Universiteti üçün yeni iqtisadi imkanlar açıb. + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə bu ali təhsil ocağında qonaq olan Türkiyə Cümhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlunun cənub bölgəsi və Lənkəran Dövlət Universiteti ilə tanışlığı davam edir.
3 günlük səfər proqramı çərçivəsində hörmətli qonaq LDU-nun professor –müəllim heyətinin müşaiyəti ilə Lənkəranda sitrus bağçılığın və çayçılığın inkişafı ilə yerlərdə əyani tanış olaraq bu sahənin mütəxəssisləri ilə görüşlər keçirib.”Yaşıl çay” fermer təsərrüfatına baş çəkən türkiyəli alim burada son iki ildə çayçılığın və sitrus bağçılığın inkişafı istiqamətində aparılan işlərdən, tətbiq olunan yeni təsərrüfatçılıq metodlarından, əldə edilən nəticələrdən razı qaldığını bildirib.
Səfər çərçivəsində professor Saadəttin Baloğlu LDU-da geniş auditoriyada aqrar yönümlü ixtisaslarda təhsil alan tələbələr və professor-müəllim heyəti üçün seminar-mühazirə keçirib. Türkiyəli alim mühazirəsində təmsil etdiyi Çukorova Universitetində sitrus bağçılığın inkişafı istiqamətində həyata keçirilən layihələr, əldə edilən iqtisadi səmərə, elmlə təcrübənin uzlaşdırılmasının verdiyi keyfiyyət göstəriciləri və s.barədə ətraflı məlumat verməklə yanaşı, eyni zamanda, sitrus bağçılıq üçün əsas olan torpaq qatının öyrənilməsi, ziyanvericilərə qarşı mübarizə, bitki mühafizəsi, məhsuldarlığın artırılması üçün vacib olan faktorlardan da söz açıb. Seminar-mühazirədə aparılan elmi işlər və nəticələr slaydlar vasitəsi ilə nümayiş etdirilib, tələbə və müəllimlərin sualları cavablandırılıb.
Seminardan sonra aqrar və mühəndislik fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə keçən söhbət-dialoq zamanı Çukorova Universitetində sitrus bağçılığın inkişafı istiqamətləri, ixrac potensialı və bu faydalı təcrübədən LDU-dan istifadə imkanları geniş müzakirə edilib.
LDU-ya səfərinin yekununda professor Saadəttin Baloğlu və hidromexanika üzrə mütəxəssis Cuneyd Terkuran universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun qəbulunda olublar. Qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı Türkiyənin Çukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında ikitərəfli əlaqələrin genişləndirilməsi ,müəllim-tələbə mübadiləsinin təşkili müzakirə mövzusu olub. Bu iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda kadr hazırlığının inkişaf perspektivləri, təlimlə təcrübənin vəhdəti, universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələrdən geniş bəhs edilib.
Xatırladaq ki, LDU-da 5 hektar sahədə sitrus bağçılığı inkişaf etdirmək, 1 hektar sahədə çay plantasiyası salmaq məqsədilə işlərə start verilib və universitet bu məqsədlə Türkiyənin Çukorova Universitetinin təcrübəsindən bəhrələnmək niyyətindədir.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !