Turizm potensialın inkişaf etdirilməsi yönümündə maaarifləndirici silsilə tədbirlərə start verib. - + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Turizm potensialın inkişaf etdirilməsi yönümündə maaarifləndirici silsilə tədbirlərə start verib. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə və Turizm İnformasiya Mərkəzi regionda turizm potensialın inkişaf etdirilməsi yönümündə maaarifləndirici silsilə tədbirlərə start verib.
Mədəniyyət müəssisələrində turizmin təbliği, inkişafı istiqamətində silsilə tədbirlər təşkil edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə və Turizm İnformasiya Mərkəzi ilk olaraq bu istiqamətdə tədbirlərin təşkilinə uşaq musiqi məktəbləri ilə start verib.
Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin müəllim kollektivi və digər mədəniyyət müəssisələrində çalışan mədəniyyət işçiləri iştirak edib.
Giriş sözü ilə tədbiri açan Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Ceyhun İsmayılzadə qeyri-neft sektoru olan turizmin region üçün spesifik xüsusiyyətlərindən danışıb. Ceyhun İsmayılzadə onu da qeyd edib ki, “Dövlətimiz, qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan turizmin ölkəmizdə inkişaf etdirilməsi üçün məqsədyönlü şəkildə apardığı siyasətin məntiqi nəticəsi olaraq bu gün Azərbaycan dünyada turizm potensialları ilə zəngin olan ölkə kimi tanınır. Biz mədəniyyət işçiləri də bu sahədə öz töhfəmizi vermək üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.
Bərdə ərazisində yerləşən tarixi-mədəni abidələrin zənginliyini qeyd edən Ceyhun İsmayılzadə bu potensialın bölgə üçün əhəmiyyətliliyini bildirib.
Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov isə Bərdənin tarixi-mədəniyyət abidələri ilə zənginliyindən, burada turizm potensialın yüksək şəkildə təbliğ olunmasından və mövcud inkişaf istiqamətlərindən danışıb. Daha sonra Hikmət Heydərov slayd şou vasitəsi ilə turizmin növlərindən, turist marşrutlarından, o cümlədən region üçün spesifik olan zəngin tarixi-mədəniyyət abidələrindən məlumatlar verib. O, həmçinin, turistlər üçün nəzərdə tutulmuş çap məhsullarından da söz açıb.
Bundan başqa tədbirdə Mərkəzin hazırladığı turist yol xəritəsi tədbir iştirakçılarına təqdim olunub. Qeyd edək ki, xəritədə turistər üçün gərəkli olan bütün növ məlumatlar əks olunub ki, bu da öz növbəsində turistlərin bölgəyə səfər etmələrini daha da sadələşdirir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !