Bakıdan İzmir Balçovaya, İzmir Balçovaya Bakıya Sənət Körpüsü. -

Bakıdan İzmir Balçovaya, İzmir Balçovaya Bakıya Sənət Körpüsü.

 Bakı Yunus Emre İnstitutu, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, İzmir Balçova Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, A.R. Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə 17-21 Oktyabr 2017-ci il tarixlərində Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı layihə həyata keçirilib. Kuratorluğunu Azərbaycan Dövlət sənətçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin etdiyi layihənin sərgisinin açılışı 19 oktyabr 2017-ci il tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində baş tutub. Sərgi Bakı Yunus Emre İnstitutu müdiri İbrahim Yıldırım, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri İrfan Çiftçi, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağali İbrahimov, İzmir Balçova Bələdiyyəsinin sədri Tuğrul Keskin, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin sədri Asif Qurban, Azərbaycan millət vəkili İlham Məmmədovun çıxışları ilə başlayıb, davamında Türkiyəli rəssamların layihə çərçivəsində İzmirdən gətirdikləri və Bakıda çəkdikləri və Azərbaycanlı rəssamların layihə üçün ərsəyə gətirdikləri rəsmlər nümayiş etdirilib. Sərgi açılışının sonunda layihə təşkilatçılarına plaketlər təqdim olunub.
Xatırladaq ki, layihənin birinci mərhələsi 28 may – 2 iyun tarixləri arasında Azərbaycanlı rəssamların iştirakı ilə İzmirdə həyata keçirilmişdi. Rəssamların emalatxana fəaliyyətləri turistik gəzintilərlə zənginləşdirilmiş, emalatxana fəaliyyətlərinin ardından əsərləri İzmir Balçova Bələdiyyəsi Mədəniyyət Evində nümayiş etdirilən sənətçilər təşkil olunan kokteylə bir araya toplanmışdılar.
Sərgidə əsərləri nümayiş etdiriləcək rəssamlar:
İzmir / Türkiyə: Bedri Karayağmurlar, Mahmut Durmuş, Reyhan Abacıoğlu, Faden Suzan Kudsioğlu, Gündoğdu Uğraş, Hatice Aydoğan.
Bakı / Azərbaycan : Günay Mehdizadə, Suğra Bağırzadə, Adilə Əfəndi, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Elmar Ağamirzə, Mehriban Mehdizadə, Fatimə Mövlamova.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !