Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Sərdar Məhəmməd Yunis ilə görüşüb. -

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Sərdar Məhəmməd Yunis ilə görüşüb.

 Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikasının dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb.
Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib, hər iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələr, xeyriyyə tədbirləri, ölkəmizdə tikilən və bərpa olunan məscid, dini abidələr haqqında məlumat verən səfir, islam dinin mərhəmət, sülh, dostluq və əminamanlıq dini olduğunu, bunun dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan tərəfindən də müxtəlif layihələrin mütəmadi əsasda həyata keçirildiyini bildirib. Səfir Azərbaycan Prezidentinin sərəncamı ilə cari ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu, cari ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda, həmçinin, müxtəlif tədbir və konfransların ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə Azərbaycanın təşkilatçılığı ilə keçirildiyini və bu tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Pakistan Islam Respublikasının dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dinlərarası əlaqələrin önəmini qeyd edən nazir, islam dinin məqsəd və məramlarının aşılanması istiqamətində işlərin aparılmasının zəruri olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini, dini işlər və əlaqələr sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdlrıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !