ADMİU-nun müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın konserti keçirilib. -

ADMİU-nun müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın konserti keçirilib.

 Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının, Azərbaycan radiosunun təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın əsərlərindən ibarət müəllif konserti keçirilib.
Gecədə bəstəkarın əsərlərini Əməkdar artistlər Zaur Əmiraslanov, Aygün Bəylər, Lalə Məmmədova, Aqşin Abdullayev, Zabitə Alıyeva, Səbinə Ərəbli, Orxan Cəlilov və Vüsal Hacıyev ifa ediblər. İfaçıları royalda Pikə Axundova və Fərhad Qarayusiflinin rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun T.Əhmədov adına estrada-simfonik orkestri müşayiət edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !