Ağdabanlı şəhid yüksək səviyyədə anıldı. -

Ağdabanlı şəhid yüksək səviyyədə anıldı.

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə əsasında "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində daha bir maraqlı və yaddaqalan tədbir keçirildi.

Tarixlər boyu Kəlbəcər rayonunun ədəbi və mənəviyyat beşiyi sayılan, erməni vandalizminin qurbanlarından biri, Xocalı kimi yer üzündən silinmiş, Dədə Şəmşirin və ustad söz sərrafı Ağdabanlı Qurbanın yurd-yuvası olan Ağdabanın igid, cəsur, qorxmaz, doğma kəndinin müdafiəsində dəyanətlə dayanaraq, erməni vandallarına, gavurlarına, silahlı quldur dəstələrinə dəfələrlə layiqli və tutarlı cavab veərək, onların qəniminə çevrilmiş məşhur döyüşçü Saşa Hüseynovun ömür və döyüş yolundan bəhs edən "Bir şəhidin gecikmiş ömür yolu" kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini, dəyərli ziyalı Həbib Misirov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə haqqında tədbir iştirakçılarına çox ətraflı məlumat verərərk bidirdi ki, “cənab prezident İlham Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişaf etdirilməsi istiqamətində yürütdüyü dərin siyasətin həmçinin Ermənistanın işğal altında saxladığı ərazilərimizin azad edilməsinə hesablandığını xüsusi vurğulayaraq qeyd edib ki, hər bir Azərbaycan Vətəndaşının da üzərinə düşən borcu layiqincə yerinə yetirməlidir. Biz, yalnız birlikdə düşmənə qalib gələ bilərik”. Sonra natiq vurğulayıb ki, “artıq reallaşan layihələrimizin də əsas qayəsi Vətənimizin hər guşəsini, xüsusən də işğal altında qalan Kəlbəcərimizi orada dünyaya gəlməyən və o cənnət-məkan yerləri öz doğamalarından, kitablardan və sənədli telefilmlərdən öyrənən gənc nəslə tanıtmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirməkdir. Biz, istəyirik ki, Kəlbəcərlə, əsasən də Ağdabanla bağlı çoxlu işlər görək. Və dünya xalqlarına sübut edək ki, Ağdaban da Xocalı kimi erməni gavurları tərəfindən vəhşicəsinə yer üzündən silinib. Biz, öz haqq işimizi dünya xalqlarına çatdırmaq üçün çox işlər görməliyik”.
Tədbirdə Kəlbəcər rayonundan olan, eləcə də respublika ədəbi ictimaiyyətinin nümayəndələri, həmçinin məktəblilər iştirak edirdilər. “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, Kəlbəcərin tarixi və ədəbi dünyasının tədqiqatçılarından olan, Ağdaban faciələrinin şahidi və bu faciələri ilk dəfə qələmə alan, onlarla kitabın müəllifi, yazıçı-publisist, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, Ağdabanlı şair Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu və başqa tanınmış insanların ədəbi irsinin toplanıb nəşr edilməsinə xüsusi xidmətlər göstərən yazıçı-publisist Füzuli Ramazanoğlu, İctimai Televiziyanın əməkdaşı, jurnalist, “Ozan” verilişinin müəllif-aparıcısı Qorxmaz Firudinoğlu, “Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr departamentinin rəhbəri, 23 nömrəli Kəlbəcər tam orta məktəbin direktoru, yüksək təşkilatçı xanım Həqiqət Şükürova, təqdimatı keçirilən kitabın müəllifi, şairə-publisist, bir-birindən maraqlı ondan çox kitabın müəllifi, böyük ictimaiyyətçi, “Azad qələm” qzəetinin təsisçisi və baş redaktoru Nəcibə İlkin, qəzəlxan-şairə Gülarə Munis, Azərbaycan Respublikanın Əməkdar İncəsənət Xadimi, yazıçı, dramaturq, rejissor, jurnalist, 12 kitabın və “Şah İsmayıl” kimi çox maraqlı pyesin müəllifi, bu pyesdə Hüseyn Lələ bəyin ( Miskin Abdalın) dolğun obrazını qələmə almış və həm də Miskin Abdalın tədqiqatçılarından biri, 120-dən çox bir-birindən maraqlı tamaşaların quruluşçu rejissor, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Ağalar İdrisoğlu, Saşa Hüseynovun döyüş yoldaşı Sarvan Cəfərov və digərləri Ağdaban faciələri barədə özlərinin maraqlı, ürəkləri göynədən dəhşətli fikirlərini söyləyib, kitab haqqında fikirlərini bölüşdülər.
Sonda düşmənə qarşı amansız olmuş, şəhidliyi ilə ailəsinə, el-obasına başucalığı gətirən Saşa Hüseynovun övladları – Gülbəniz və Mütəllim Hüseynovlar atalarına həsr edilmiş kitabın işığına toplaşmış vətənpərvər insanlara, xüsusən şairə-publisist, bu kitabı ərsəyə gətirən Nəcibə İlkinə, təqdimatın yüksək səviyyədə təşkilinə görə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını, təşəkkürlərini bildirdilər. Saşa Hüseynov Bakıda yaşamasına baxmayaraq, doğulduğu Ağdaban kəndi və Kəlbəcər rayonu darda olanda 50 yaşlı bu insan Kəlbəcərə gəlib, döyüşlərdə çox yaxından iştirak edib. Qəhrəmancasına vuruşaraq şəhid olub. Ağdabanda erməni gavurlarının qarşısını kəsib və kənd camaatının kənddən çıxmasına qəhrəmancasına köməklik edib.
Sonda tədbir iştirakçıları Dədə Şəmşirin həyat və yaradıcılığını özündə əks etdirən muzeyi ziyarət etdilər. Bu muzey çox yüksək səviyyədə yaradılıb. Burada təkcə Dədə Şəmşirin yox, həm də onunla bağlı kökün- Miskin Abdalın, Aşıq Ələsgərin, şair Qurbanın haqqında çoxlu məlimatlar, foto şəkillər var. Muzeydə Dədə Şəmşirin obrazlı ayaq üstə heykəlinin düzəldilməsi, sözün həqiqi mənasında böyük bir sənət əsəridir. Hamı bu canlı sənət əsərinə böyük heyranlıqla baxır. Tədbir iştirakçıları bu müqəddəs məkanda xatirə şəkilləri də çəkdirdilər. Beləliklə, çox maraqlı bir tədbir tarixə çevrildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !