Dünyaya gəlincik bəxş edən sehirli əllər! - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Dünyaya gəlincik bəxş edən sehirli əllər! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Oyuncağın tarixi qədimdir. İnsan, heyvan, əsgər və digər fiqurlu oyuncaqlar arxeoloji qazıntılar zamanı belə aşkar olunub.Oyuncaq sözünün mənşəyi məlum deyil, belə fərz olunur ki, bu söz ilk dəfə 14-cü əsrdə istifadə olunub.
Böyümə prosesində ətraf mühitin dərk olunmasında oyuncaqların,ümumiyyətlə oyunun vacib rolu var. Oyuncaqlar uşaqların həyatdakı oxşarlıqları aşkarlamasına,daha sağlam böyüməsinə,səbəb nəticə əlaqəsinin,münasibətlərin dərk olunmasina və gələcəkdə onlara lazim olacaq bacarıqlara yiyələnməsinə kömək edir.Kiçikyaşlı insanların tapdıqları hər növ əşyalarla o cümlədən şam ağacı qozası və daş parçaları ilə oynaması qeyd olunur.Oyuncaqların ilkin növləri qədim sivilizasiya məskənlərində aşkar olunub.Bu haqda yazılara ən qədim ədəbiyyatda da rast gəlinir. Qədim hindu sivilizasiyasına aid ərazilərdən qazıntılar nəticəsində aşkar olunmuş kiçik arabalar,quş şəkilli fitlər,kəndirdən sallana bilən oyuncaq meymunları misal göstərmək kifayətdir.Oyuncaqlr bir neçə növə bölünür.Ən qədim bəlkə də ən adi konstruktor növü taxtadan hazırlanmış kötük formalı oyuncaqlardır ki,adətən bunlar parlaq rənglərlə boyanrdı və iməkləyən körpələrə oynamaq üçün verilirdi.Lego və Lincoln Logs kimi konstruktor(qurğu) dəstləri bir qədər böyük uşaqlar üçün dizayn olunur və keçən əsrdə kifayət qədər məşhurluq əldə etmişdir.Qurğu dəstləri əsasən əlləri ilə oynamağı,baş sındırmağı və təxəyyüllü oyunları xoşlayan uşaqları(və böyükləri ) cəlb edir.
Gəlincik insan(körpə) formasında bir oyuncaqdır.Müasir gəlinciklər çox vaxt parça və ya plastikdən hazırlanır.Oyuncaq istehsalında istifadə olunan digər materillara buğda kəpəyi,sümük,daş,taxta,farfor(çini məmulat) mum daxildir.İnsanlar əl altında olan materillardan da gəlincik hazırlayırlar.
Bəzən gəlinciklər bəzək,yadigar bir əşya, kolleksiya üçün nəzərdə tutulur,əksəriyyəti isə adətən qızların oynaması üçün nəzərdə tutulur. Gəlinciklər b.e.ə 2000-ci ilə aid misir məzarlıqlarında belə tapılmışdır.
Gəlinciklər adətən kiçik formalı olurlar lakin balaca gəlinciklər həqiqi ölçü və çəkiyə də malik ola bilər.İçi doldurulmuş yumşaq heyvan formalı oyuncaqlar xovlu məxməri oyuncaq və ya plüş adlanır.Buna məşhur oyuncaq Ayını misal göstərmək olar. Oyuncaq əsgərlər əsrlər boyu popyular olub,belə ki bu növ oyuncaqlar uşaqlara çox hallarda oyuncaqlardan ibarət bütöv hərbi təchizatla döyüşü canlandırmağa imkan yaradır.Kiçildilmiş heyvan fiqurları da geniş yayılmışdır,bu növ oyuncaqlarla isə uşaqlar heyvanları və fermanı canlandırırlar.
Əlbətdə ki, hər bir oyuncağı hazırlamaq üçün əl əməyi, göz nuru tələb olunur. Belə insanlardan biri də Azərbaycanlımız Pərviz Hüseynov və onun xanımıdır.
AZpress.AZ informasiya Agentliyinin məlumatına əsasən bildiririk ki, Oktyabrın 4-də "Rəssamla tanışlıq" layihəsi çərçivəsində YARAT mərkəzində tanınmış kukla üzrə rəssamlar Pərviz Hüseynov və İrina Qundorina ilə müzakirə baş tutmuşdu. Rəssamlarla görüşə bir çox tanınmış simalar və media nümayəndələri təşrif buyurmuşdu.Qızıl əl sahiblər yaratdıqları gəlinciklər, keçdikləri həyat yolu haqqında öz sevərlərinə məlumat verir, hər bir oyuncağın necə yaranması haqqında məlumat verirdilər.Yaratdıqları Gəlincik muzeyinə hər kəsi dəvət edən rəssamlar orada gəlincikləri yaxından izləməyi məsləhət gördülər. Rəssamların yaratdığı oyuncaqlar tək gəlincik yox müxtəlif formatda olan sənət əsəridir.
AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !