Ağcabədidə İslam həmrəyliyi dövrün tələbidir adlı layihə çərçivəsində tədbir keçirtmişdir. - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində tədbir keçirtmişdir. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

 Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması 11.10.2017-ci il tarixdə Ağcabədi rayonu Şahsevən Təzəkənd tam orta məktəbində“İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində sayca dördüncü maarifləndirici tədbir keçirtmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayon Şahsevən Təzəkənd ərazi dairə nümayəndəsi Cahangir Mirzəyev və məktəbin pedeqoji kollektivinin nümayəndələri, dindarlar və icma üzvləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev açaraq tədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi Cənab prezident İlham Əliyevin müdrik, düşünülmüş və uzaqgörən addımı istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malikdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !