VƏTƏNİN TƏRƏNNÜMÜ etüd müsabiqəsi elan olunmuşdur. -

“VƏTƏNİN TƏRƏNNÜMÜ” etüd müsabiqəsi elan olunmuşdur.

  2017-ci ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “VƏTƏNİN TƏRƏNNÜMÜ” etüd müsabiqəsi elan olunmuşdur. Etüd müsabiqənin yekun sərgisi 13 oktyabr 2017-ci il saat 17:00-da tarixində Xətai Sənət Mərkəzində keçiriləcəkdir. Məqsəd cəmiyyətdə vətən sevgisi və vətənpərvərlik ruhunun inkişafına xidmət etməkdir.
Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər.
150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi 46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.
Eyni zamanda, sərgidə karifey sənətkarlarımızın da etüdlərindən nümunələr nümayiş olunacaqdır. Sərgi davam etdiyi müddətdə etüd mövzusunda dəyirmi masa keçiriləcək. Bundan başqa, çox bal toplamış etüdçülərin bir qismi təbiətin qoyunda manqal keyfi ilə etüd çəkmə şansı qazanacaq.
Müsabiqədə I, II, III yerlər və həvəsləndirici mükafatlar olacaq.
Müsabiqə iştirakçıları diplomla təltif olunacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !