Gənc turizm elçiləri formalaşır. -

Gənc turizm elçiləri formalaşır.

Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənc Turizm Elçiləri” adlı layihənin icrası başa çatmışdır.
“Gənc Turizm Elçiləri” adlı layihə universitetlərdə təhsil alan tələbələr arasında Azərbaycanın turizm potensialının təbliği, onun sosial şəbəkələrdə xarici ölkə vətəndaşları arasında tanıdılması, ölkəmizə gələn qonaqlarla davranma və etik qaydaların öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirmişdir. Layihə çərçivəsində təlimlər, seminarlar və simulyasiyalar baş tutmuşdur. Beləliklə, layihə tələbələrin “turizm üzrə informasiya elçisi” kimi formalaşdırılmasını, habelə, Avropa ölkələrində olan turistik məntəqələrdə “Ask me – Məndən soruş” könüllü fəaliyyətləri, digər xarici təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqi prosesi ilə bağlı təkliflərin hazırlanmasını özündə ehtiva etmişdir.
Layihə çərçivəsində paytaxtda yerləşən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində tələbələrlə görüşlər keçirilmiş, tələbələrə ölkəmizdə turizm sahəsində keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparılmışdır.
Tələbələrə sözügedən sahə üzrə təqdimatlar edilib, onlara zəruri maarifləndirici materiallar paylanılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !