İxtiyar Hüseynli : İŞİD-in addım səslərini eşidirəm... ( YENİLƏNDİ )
Bu xəbəri paylaş
Bilmirəm siz bu kadrlardakı qışqırıqlardan nə eşidirsiniz...
Mən isə İŞİD-in addım səslərini eşidirəm...
Mən Əfqanıstanı, Suriyanı, Liviyanı... çıxılmaz bataqlığa, məhvə sürükləyən cahil fanatizmin qapımızı döyəcləməsini eşidirəm...
Tanrı dövlətimizin, hüquq-mühafizə orqanlarının, xüsusi xidmət strukturlarının gücünü birə min etsin...
Çünki hədəfdə dünyəvi dövlətimizdir, sabitliyimizdir, az-çox malik olduğumuz müasir düşüncə tərzidir...
Azərbaycana sahib çıxmaq, radikal qaraguruha qarşl mübariz olmaq vətəndaşlıq öhdəliyimizdir, həm də hələ ötən əsrin əvvəllərində həyacan təbili çalan müqəddəs aydınlarımızın, örnək publisistlərin ruhu qarşısında borcumuzdur...
Ayılmalıyıq, sərt olmalıyıq...
Və unutmamalıyıq: mütəşəkkil azlıq qeyri-mütəşəkkil çoxluğa daim hökm edər...
Demək, həm də mütəşəkkil olmalıyıq...
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )