Məmmədəli Sailin yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili gecə
Bu xəbəri paylaş
Sentyabr ayının 26-da Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli aktyor, xanəndə, qəzəlxan-şair Məmmədəli Sailin yaradıcılıq gecəsi keçirilib. Çıxış edənlər- Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, xalq artisti, tarzən Ramiz Quliyev və başqaları sənətkarın musiqimizə, ümumilikdə mədəniyyətimizə verdiyi töhvələrdən danışıblar. Azərbaycanın tanınmış incəsənət ustaları mərhum sənətkarın repertuarından mahnılar ifa ediblər.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !