Qərb bölgəsinin universitet tələbələrinə miqrasiya qanunvericiliyinin tələbləri izah olunub -

Qərb bölgəsinin universitet tələbələrinə miqrasiya qanunvericiliyinin tələbləri izah olunub

Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən Gəncə Dövlət
Universitetinində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə
bağlı təşkil olunmuş görüşdə miqrasiya qanunvericiliyinin tələbləri izah olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva
tədbiri açaraq bildirib ki, keçirilən görüş hər bir tələbənin maariflənməsi üçün çox
əhəmiyyətlidir.
Maarifləndirici tədbirdə Gəncə Regional Miqrasiya İdarə rəisinin müavini
Orxan Xıdırov, Miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin rəisi Vüsal Xəlilov,
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin inspektoru Azad
Namazov və Maliyyə təminat və təchizat şöbəsinin inspektoru Əhməd Rzaquliyev
məruzə ilə çıxış ediblər.
Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetində və Azərbaycan Dövlət
Aqrar Universitetində təhsil alan əcnəbi tələbələrə miqrasiya proseslərinin
idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini
həyata keçirən Dövlət Miqrasiya Xidmətinin funksiyaları izah olunub. Ölkəmizə gələn
əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının
qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb.
Qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində əldə olunmuş nəticələrə
toxunulub. Qanunsuz miqranta çevrilməmələri üçün Azərbaycana təşrif buyuran hər
bir əcnəbinin miqrasiya ilə bağlı müvafiq prosedurlara əməl etmələrinin vacibliyi
əsaslandırılıb.
Tələbələrə keçirilən maarifləndirmə tədbirində ölkəmizdə həyata keçirilən
miqrasiya siyasəti haqqında geniş məlumat verilib. Bildirilib ki, əcnəbilər ölkəmizdə
10 gündən artıq qalmaq istədikləri halda respublikaya gəldikləri vaxtdan 10 gün
ərzində DMX-nin regional miqrasiya idarələrinə birbaşa müraciət edərək və yaxud
elektron qaydada qeydiyata düşmələri təmin edilməlidir.
Əsaslar olduğu halda Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin
verilməsi qaydaları izah olunub.

Tələbələrlə təşkil olunmuş görüşdə İnzibati Xətalar Məcəlləsindəki yeniliklər
haqqında da danışılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə
qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə,
Azərbaycan Respublikasında olması, yaşaması, yaxud ölkə ərazisindən tranzitlə
keçməsi qaydalarının pozulmasına görə müəyyən olunmuş inzibati məsuliyyətdən
bəhs olunub.
Tələbələr görüşə görə minnətdarlıq ediblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !