İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşıdır mövzusunda tədbir keçirib -

“İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşıdır” mövzusunda tədbir keçirib

 Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icması 27.09.2017-ci il tarixdə Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb liseyində “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirtmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, həmin məktəbin pedeqoji kollektivi və yuxarı sinif şagirdləriiştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva açaraq bildirdi ki, son illər rayonumuzda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çox işlər görülmüşdür. Görülmüş işlərdən biri də dini maarifləndirmə tədbirləridir. Bu günkü tədbirimiz də, həmin məsələyə həsr olunmuşdur. İslam dinində müəyyən məzhəblər mövcuddur. Lakin, Azərbaycanda heç vaxt məzhəb ayrıseçkiliyi hiss olunmayıb və indi də belədir. Bizim dindarlarımız məzhəbçiliyi qəbul etmir. Çünki, İslam sülh və barış dinidir. Çalışacayıq ki, bundan sonra da bu istiqamətdə dövlət siyasətini təbliğ edək. Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. Bu sərəncam mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb.
Sonra məruzə üçün sözAğcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə verildi. Təyyar Hacıyev bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi bütün dünyaya və bir-birimizə qarşı dözümlü olamağı, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacarmağa çağırışıdır.Natiq bildirdi ki, İslam həmrəyliyi təkcə bizim dövlətimiz üçün deyil, həm də digər dövlətlərin ehtiyacı olduğu bir ideyadır. Ona görə də ərazilərində münaqişə ocaqları olan İslam dövlətləri bu prosesdən bəhrələnərək sülhü, əminamanlılğı müdafiə etməli, eyni zamanda terrora qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidirlər. Azərbaycan respublikası da hazırda erməni terroruna məruz qalmışdır və təəssüf ki, dünya dövlətləri bu məsələyə hələlik biganəlik göstərirlər.
Məruzə ətrafında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilməsindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi məntiqi bir ardıcıllığa bağlıdır. Bu tədbir də İslam həmrəyliyini təbliğ edən bir tədbirdir. İslam dini sülh və əminamanlıq dinidir. Bu o deməkdir ki, İslam dini həm də müharibəyə qarşıdır. Ona görə də biz bu malik olduğumuz dini dəyərlərdən səmərəli istifadə etməliyik.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi təşkil olundu.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !