Gəncə Dövlət Universitetində gənclərə multikultural dəyərlər aşılanıb -

Gəncə Dövlət Universitetində gənclərə multikultural dəyərlər aşılanıb

 Gəncə Dövlət Universitetində gənclərə multikultural dəyərlər

aşılanıb

Gəncədə Bilik Fondunun təşəbbüsü ilə Heydər Əliyev və Azərbaycanda
İslam Həmrəyliyi mövzusunda tədbir keçirilib. Tələbələrə Ümummilli Liderin
ölkədə dini tolerantlığın qorunub saxlanılması, multikultural dəyərlərin və
islam ölkələri arasında sıx əlaqələrin formalaşmasında göstərdiyi xitmətlərdən
geniş bəhs edilib.
Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar
üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanın bütün
dünyada dini tolerantlıq və multikultural dəyərlərin ən yüksək səviyyədə
qorunduğu ölkə kimi tanındığını qeyd edib. Bildirib ki, Azərbaycan əsrlərlə
fərqli dildə danışan, müxtəlif dinlərə etiqad edən, ayrı-ayrı konfessiyaların
təmsilçisi olan insanların mehriban şəraitdə yaşadığı ölkədir.
Tolerantlığın ölkəmizdə yaşayan millətlər üçün həyat tərzi olduğunu
qeyd edən Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının
dosenti Cavid Bağırzadə deyib ki, Azərbaycanda əsası ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulan dövlət və din münasibətləri, eləcə də digər
dinlərdən olan insanların mənəvi dəyərlərinə və inanclarına hörmət bu gün də
qorunub saxlanır.
Tədbirdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı səmərəli
fəaliyyətindən və bu ölkələrlə sıx əlaqələrin qurulduğundan da danışılıb.
Tələbələrə Bilik Fondu tərəfindən İslam Həmrəyliyi ilində görülən tədbirlər
barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !